“İdman paytaxtı”nın güclü atletləri: Qazaxda ağırlıqqaldırmaya maraq artır
15.03.2026 [14:56]
Xəbərin mətni
Qazax rayonunda idmanın müxtəlif sahələri ilə yanaşı, son illər ağırlıqqaldırmaya da gənclər arasında xüsusi maraq var. Ağırlıqqaldırma güc, texnika və iradə tələb edən idman növlərindən biridir. Bu sahədə idmançılar əsasən iki hərəkət – birdən qaldırma və təkanla qaldırma üzrə yarışırlar. Bu idman növü yalnız fiziki gücü deyil, həm də intizamlı və səbirli olmağı tələb edir.