Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Təmiz Şəhər” rəsmisi: İşğaldan azad olunmuş ərazilərdə məişət tullantıları zərərsizləşdiriləcək

16.03.2026 [18:22]

Xəbərin mətni

Dayanıqlı şəhər idarəçiliyində tullantıların idarə olunması çox vacibdir. Bu işdə ictimaiyyətin dəstəyinə böyük ehtiyac var. Bərk məişət tullantılarının düzgün idarə olunmasında ilkin çeşidləmə xüsusi rol oynayır. Media nümayəndələrinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsərrüfat sahələrində məhz həmin prosesi görməsi, onunla bağlı məlumatlı olması daha çox vətəndaşın bununla bağlı informasiya əldə etməsinə və tullantıların düzgün idarə olunmasına töhfə vermiş olacaq. AZƏRTAC xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarov jurnalistlərə açıqlamasında deyib.