Aparıcı bədii kollektivlərin bölgələrə qastrol proqramı başlayıb - ilk dayanacaq Ağdam oldu
16.03.2026 [20:32]
Xəbərin mətni
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramına start verilib. Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır.