Keçmiş məcburi köçkün: Bu gün çox sevincliyəm
17.03.2026 [09:55]
Xəbərin mətni
Torpaqlarımızın azad edilməsində əməyi olan qazilərə cansağlığı arzulayıram. Bizə doğma yurdumuza qayıtmağımıza şərait yaratdığı üçün Prezidentimizə təşəkkür edirəm. Bu gün çox sevincliyəm. Bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdərə rayonunun Həsənriz kəndinə köçən keçmiş məcburi köçkün Nüşabə Əzizova söyləyib.