Tovuzda fərdi yaşayış evində partlayış baş verib, 3 nəfər xəsarət alıb
17.03.2026 [11:50]
Xəbərin mətni
Tovuzda fərdi yaşayış evində partlayış olub. Hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1967-ci il təvəllüdlü Z.Cəfərova məxsus 4 ortaqlı fərdi yaşayış evində qaz sızması nəticəsində anidən partlayış olub. Nəticədə 3 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara dərhal yardım edilsə də, hər üç yaralının vəziyyətinin ağır olması ilə bağlı Bakıya göndərilib.