Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Məmmədov: “Urban Expo” sərgisində indiyədək 36 ölkə nümayəndəsi qeydiyyatdan keçib

17.03.2026 [13:45]

Xəbərin mətni

Mayın 17-dən 22-dək Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisində indiyədək 36 ölkə nümayəndəsi qeydiyyatdan keçib. AZƏRTAC xəbər verir ki, bunu “Bakı KOB evi”ndə keçirilən “WUF13 - özəl sektor üçün məlumatlandırma sessiyası”nda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.