İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edilib
17.03.2026 [14:24]
Xəbərin mətni
Milli Məclisin martın 17-də keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər də müzakirələrdən sonra qəbul edilib. Yeni qanun layihəsinə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.