Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdərəyə növbəti köç - daha 41 ailə doğma yurduna qovuşub

17.03.2026 [16:55]

Xəbərin mətni

Ağdərə rayonuna növbəti köç olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Aşağı Oratağ kəndində sakinlərə mənzillərin açarları təqdim olunub.