Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranda çərşənbə bazarlığı - balıq qiymətləri sabit qalıb, yoxsa artıb?

17.03.2026 [17:31]

Xəbərin mətni

Lənkəranda İlaxır çərşənbə hər il olduğu kimi, bu il də özünəməxsus adət-ənənələr və yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd olunur. Bölgə sakinləri üçün bu gün sadəcə bayram hazırlığı deyil, həm də bolluq və ruzi-bərəkət rəmzidir. Qədim ənənəyə görə, İlaxır çərşənbə süfrəsində mütləq balıq yeməyinin, xüsusən də balıq ləvəngisinin olması vacibdir. Yerli inanclara görə, bayram süfrəsini bəzəyən balıq yeni ilin daha uğurlu və bərəkətli keçəcəyinə işarədir.