Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda İlaxır çərşənbə: Qoşa Qala qapıları qarşısında bayram tonqalı

17.03.2026 [21:59]

Xəbərin mətni

Bu gün Novruz bayramının gəlişini müjdələyən son çərşənbə – İlaxır çərşənbə qeyd olunur. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun təşkilatçılığı ilə Qoşa Qala qapıları qarşısındakı meydanda bayram proqramı keçirilib, qədim ənənələrə uyğun olaraq tonqal qalanıb.