Azərbaycan Dövlət İnformasiya Agentliyi

İran səfiri: İlk humanitar yardımın Azərbaycandan göndərilməsini çox yüksək qiymətləndiririk

18.03.2026 [10:25]

Xəbərin mətni

Azərbaycan tərəfindən İrana ikinci dəfədir humanitar yardım göndərilir. Fürsətdən istifadə edib, Azərbaycan Hökumətinə və xalqına minnətdarlığımı bildirirəm. Bu, bizim müştərək mədəniyyətimizdən irəli gəlir ki, çətin günlərdə bir-birimizə kömək göstəririk. Novruz bayramı ərəfəsində bu müsbət addım və xoş niyyət İran tərəfindən çox yüksək qiymətləndirilir. Ümid edirik ki, gələn bayramları birlikdə qeyd edəcəyik. Bu fikirləri jurnalistlərə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.