Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dədə Qorqud xeyir-duası, Kəlbəcər sədası - Murovun ətəyində bayram tonqalı

18.03.2026 [11:15]

Xəbərin mətni

İşğaldan azad edildikdən sonra Kəlbəcər rayonunda ilk dəfə sakinlərin iştirakı ilə Novruz bayramı tədbiri keçirilib. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhvali-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.