Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib

18.03.2026 [15:08]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları bu gün 14:00-da “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkəyə yola salınıb.