Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir
19.03.2026 [10:00]
Xəbərin mətni
“30 ildən sonra nəhayət Xocavəndə qayıdıram. Bu torpaqlardan ayrı düşdüyüm günlər hələ də yadımdadır. İllərlə həsrətini çəkdiyim yurdumu yenidən görmək mənim üçün böyük sevincdir. Uşaqlığımın keçdiyi yerlərə qayıtmaq, ata-baba ocağını yenidən görmək qəlbimi həm kövrəldir, həm də qürur hissi ilə doldurur. Bu günü görəcəyimə ümid edirdim və şükürlər olsun ki, o gün gəlib çatdı”. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xocavənd şəhərindən olan keçmiş məcburi köçkün Zahid Əliyev səsləndirib.