Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı

19.03.2026 [10:04]

Xəbərin mətni

“Bu günləri görmək hər birimiz üçün böyük xoşbəxtlikdir. İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti artıq geridə qaldı. Mən bu ağrılı günləri gəncliyimdə yaşamışam, indi isə ailəmlə birlikdə doğma ocağımıza qayıtmağın sevincini yaşayıram. Bu hissləri sözlə ifadə etmək çətindir”. Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köçkün, Xocalı rayonu Xanabad kənd sakini Anjela Həsənova deyib.