BDYPİ bayram günlərində yollarda təhlükəsiz hərəkətlə bağlı çağırış edib
19.03.2026 [12:06]
Xəbərin mətni
Bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılıb. Nəzərə alınmalıdır ki, yol hərəkəti zamanı verilən hər bir qərar insanların həyat və sağlamlığına birbaşa təsir göstərir, ən kiçik diqqətsizlik isə ağır nəticələrə səbəb ola bilər. Ona görə də səfərə çıxarkən yol və hava şəraiti düzgün qiymətləndirilməli, nəqliyyat vasitələrinin texniki sazlığı əvvəlcədən yoxlanılmalı, hərəkət zamanı müəyyən olunmuş sürət hədlərinə, təhlükəsiz ara məsafəsinə, eləcə də ümumi hərəkət təhlükəsizliyini təmin edən digər tələblərə ciddi əməl edilməlidir.