Kimlər fitrə zəkatı verməlidir?
19.03.2026 [12:30]
Xəbərin mətni
Sabah Ramazan bayramıdır. Bu bayramın əsas ibadətlərindən biri də fitrə zəkatının verilməsidir. Fitrə zəkatı oruc tutan şəxsin ibadətini tamamlayan və ehtiyacı olan insanlara dəstək məqsədi daşıyan mühüm dini vəzifə sayılır. Din xadimlərinin sözlərinə görə, fitrə zəkatı həm cəmiyyət daxilində həmrəyliyi gücləndirir, həm də hər kəsin bayram sevinci yaşamasına şərait yaradır.