DİN-dən səfərə çıxan sürücülərə müraciət: Bayram sevincini yolda riskə atmayın
19.03.2026 [16:15]
Xəbərin mətni
Bu il xalqımızın milli ruhunu və yaddaşını zənginləşdirən, birlik duyğusunu gücləndirən iki əlamətdar hadisəni - Novruz və müqəddəs Ramazan bayramlarını bir yerdə qeyd edirik. Buna görə də tətil günlərində paytaxtdan bölgələrə səfər edənlərin sayında hər zamankından daha çox artım ola, nəqliyyat sıxlığı yarana bilər. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirir. Lakin yenə də əsas məsuliyyət vətəndaşların üzərinə düşür.