Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə Novruz coşqusu: Milli dəyərlər beynəlxalq səviyyədə nümayiş etdirilib

20.03.2026 [09:26]

Xəbərin mətni

Azərbaycanın Fransadakı səfirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Novruz bayramı Parisdə səfirliyin Mədəniyyət Mərkəzində təntənəli şəkildə qeyd edilib. Bayram tədbiri milli adət-ənənələri və mənəvi dəyərləri əks etdirən zəngin proqramla müşayiət olunub.