Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətaidə kanalizasiya kollektoru çöküb, bəzi evləri su basıb

20.03.2026 [12:15]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.