İsmayıllıda istirahət neçəyə başa gəlir? – 60 manatdan 250 manatadək təkliflər
21.03.2026 [13:42]
Xəbərin mətni
İsmayıllı rayonu bayram tətili günlərində həm yerli, həm də xarici turistlərin dincəlmək üçün ən çox üstünlük verdiyi məkanlardan biridir. Xüsusilə Novruz bayramı günlərində, martın 21-dən etibarən rayona gələnlərin sayında kəskin artım proqnozlaşdırılır. Mütəxəssislər İsmayıllının turizm potensialının tam gücü ilə fəaliyyət göstərəcəyini, qonaq axınının isə pik həddə çatacağını gözləyirlər. Belə ki, hazırda rayon mərkəzi ilə yanaşı, ucqar kəndlərdəki istirahət mərkəzlərində də yerlərin təxminən 90 faizi artıq bron edilib.