Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağdan dünyaya: İxracın yeni ünvanı - Ağdam Sənaye Parkından reportaj

21.03.2026 [18:39]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən strateji iqtisadi layihələr regionun simasını sürətlə dəyişir. Bu layihələr arasında xüsusi çəkisi ilə seçilən Ağdam Sənaye Parkı Qarabağın sənaye potensialının bərpası və inkişafında lokomotiv rolunu oynayır. 190 hektardan çox ərazini əhatə edən bu müasir sənaye zonası artıq regionun iqtisadi dirçəlişinin simvoluna çevrilib.