Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir
25.03.2026 [19:54]
Xəbərin mətni
Bakıya yeddi dəfə səfər etmişəm. İlk dəfə 2002-ci ildə gəlmişdim və ovaxtkı Bakı indiki ilə müqayisədə xeyli fərqli idi. Son beş ildə isə Qarabağ səfərləri ilə bağlı şəhərə daha tez-tez gəlmişəm. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “NomadMania” klubunun təsisçisi və rəhbəri Hari Mitsidis deyib.