Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səyyah: Zəngəzur dəhlizi bizim üçün xüsusi maraq kəsb edir

25.03.2026 [19:55]

Xəbərin mətni

Qarabağa böyük həcmdə investisiya yatırılır. Hər səfərdə yeni dəyişikliklər görmək maraqlıdır. Sabah tezdən Bakını tərk edəcəyik. İlk olaraq Ağdama gedəcəyik, orada müəyyən vaxt keçirib görülən işlərlə tanış olacağıq. Daha sonra Şuşaya, oradan isə Xankəndiyə yollanacağıq. Naharımız Xankəndidə olacaq və günün sonunda Laçına çatacağıq. Ertəsi gün Laçını gəzəcəyik. Məncə, Laçın Azərbaycanın coğrafi baxımdan ən gözəl yerlərindən biridir. Daha sonra Zəngəzur dəhlizinin başlanması nəzərdə tutulan nöqtəyə gedəcəyik və düşünürəm ki, ora gedən ilk xarici qrup biz olacağıq. Bu, bizim üçün çox maraqlı olacaq. Qayıdarkən isə Cəbrayılda, bəlkə də Füzulidə dayanacağıq. Qarşıdakı iki gün üçün marşrutumuz əsasən bundan ibarətdir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "NomadMania" klubunun təsisçisi və rəhbəri Hari Mitsidis deyib.