ADSEA-da Operativ Qərargah gücləndirilmiş iş rejimində
28.03.2026 [13:03]
Xəbərin mətni
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, iri şəhərlərin xidməti ərazisində yağış sularının idarə olunmasına Operativ Qərargah tərəfindən nəzarət edilir.