FHN: Xaçmazın Cığatay kəndində 22 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
28.03.2026 [15:16]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolması və köməksiz vəziyyətdə qalanların olması barədə məlumat daxil olub. Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.