BDYPİ: Aramsız yağan yağıntının yollarda yaratdığı çətinliklər aradan qaldırılır
28.03.2026 [17:15]
Xəbərin mətni
Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları aidiyyəti qurumlarla birgə çalışır. BDYPİ-dən AZƏRTAC-a verilən məlumata görə, nasazlıq səbəbindən məcburi dayanan avtomobillər yoldan kənarlaşdırılır, piyadaların yolu təhlükəsiz keçmələrinə bilavasitə köməklik göstərilir.