Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məlahət Abbasova: Rasim Balayev mənim sənət yaradıcılığımda böyük rol oynayıb

29.03.2026 [20:33]

Xəbərin mətni

Xalq artisti Rasim Balayevin vəfatı Azərbaycan, ölkəmizin sənət ictimaiyyəti üçün çox ağır itkidir. Yeri doldurulmayacaq bir əfsanə getdi bu dünyadan. Onun ölümü mənim üçün çox böyük itkidir. O, mənim sənət yaradıcılığımda böyük rol oynayıb. Rasim Balayevlə birgə rol oynamaq məni zirvələrə qaldırdı. AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda Azərbaycan mətbuatına açıqlamasında Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova səsləndirib.