“Tunel” qətliamı: 33 ildən sonra hadisə yerində qan ağlayan xatirələr
31.03.2026 [19:30]
Xəbərin mətni
Erməni hərbçilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri 1993-cü il martın 31-də Kəlbəcər rayonunun “Tunel” adlanan ərazisində törədilən qətliamdır. Rayon ərazisini işğal edərkən tunelin qarşısında pusqu quran erməni hərbiçiləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları gülləbaran edib, qadın, yaşlı, uşaq da daxil olmaqla, sakinləri qətlə yetiriblər. Sağ qalanlar isə girov götürülüb, uzun müddət dəhşətli işgəncələrə məruz qalıblar.