Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cevdet Yılmaz: Cənubi Qafqazda sabitlik Türk dünyası daxilində qarşılıqlı əlaqəni daha da gücləndirəcək

02.04.2026 [14:08]

Xəbərin mətni

Azərbaycan və Ermənistan arasında davamlı sülhün qurulması istiqamətində atılan müsbət addımları alqışlayırıq. Ümid edirik ki, bölgədə yaranan tarixi fürsətdən istifadə ediləcək və iki ölkə arasında sülh müqaviləsi imzalanacaq. Bunu Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.