Baş nazir Ünal Üstel: Azərbaycanlı qardaşlarımızın istirahət üçün Şimali Kiprə üstünlük vermələrini istəyirik - MÜSAHİBƏ
03.04.2026 [15:24]
Xəbərin mətni
Türk dünyasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşdiyi bir dövrdə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də bu proseslərdə fəal iştirak etməyə çalışır. Müxtəlif yüksəksəviyyəli görüşlər, xüsusilə aprelin 2-də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin Bakıda keçirilən görüşü və artan regional əməkdaşlıq fonunda ŞKTC-nin mövqeyi xüsusi maraq doğurur. ŞKTC-nin Baş naziri Ünal Üstel ilə müsahibədə həm bu görüş, həm də təşkilat çərçivəsində əməkdaşlığın perspektivləri dəyərləndirilir.