Azərbaycan Dövlət İnformasiya Agentliyi

İvan Us: Yaxın Şərqdəki gərginlik Ukraynanın yanacaq bazarına təsir edib

06.04.2026 [16:40]

Xəbərin mətni

Yaxın Şərqdəki gərginlik Ukraynaya, ümumilikdə benzin və yanacaq bazarlarına birbaşa və dərhal təsir göstərir. Fevralın 28-də, gərginlik başlamazdan əvvəl Ukraynada A-92 markalı benzinin qiyməti hər litrə görə 60 qrivna, dizel yanacağının qiyməti isə 61 qrivna ətrafında olsa da, qiymətlər o vaxtdan bəri artmağa başlayıb. Ukraynalı ekspert İvan Us bu fikri AZƏRTAC-a verdiyi şərhdə bildirib.