Balakən arıçıları xəstəliklərin fəsadlarını aradan qaldırırlar - itkilərin bərpasına başlanılıb
07.04.2026 [13:14]
Xəbərin mətni
Hazırda Balakən rayonunda 44 min arı ailəsi var və bu işlə 1200 nəfərdən artıq insan məşğul olur. Arıçılığa yenicə başlayan və bu sahəni inkişaf etdirmək üçün səy göstərənlərin sayı da kifayət qədərdir. Dünyanın əksər ölkələrində olduğu kimi, Balakən arıçıları da ötən ilin payız aylarında ciddi sınaqla qarşılaşdılar və arı ailələrinin 40-50 faizi məhv oldu. Bu, biz arıçılar üçün böyük bir imtahan idi.