Jurnalist Mixail Qusman təcrübəsini və xatirələrini bölüşüb
08.04.2026 [23:09]
Ötən il mənim üçün xüsusi il oldu. Yanvarda həmkarlarımızla birlikdə “Hakimiyyət formulu” proqramının 25 illiyini qeyd etdik. Televiziya efirində 25 il davam edən və bir dəfə də qrafikdən geri qalmayan layihələr çox deyil. Elə alındı ki, bu yubiley mənim şəxsi bayramımla eyni vaxta düşdü, belə ki, mənim 75 yaşım tamam oldu. Bu tarixləri birlikdə qeyd etdik. Daha sonra, aprelin 30-da Bakıda həyat yoldaşımla qızıl toyumuz oldu. Nəhayət, iyulun 29-da nə qədər acı hadisə kimi xatirəmdə qalsa da, məni TASS agentliyindəki işimdən azad etdilər. Bütün bu hadisələr ötən ili mənim üçün həqiqətən yadda qalan etdi. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Hakimiyyət formulu və digərləri haqqında” adlı yaradıcılıq gecəsində beynəlxalq səviyyədə tanınmış jurnalist, “Hakimiyyət formulu” televiziya layihəsinin müəllifi və aparıcısı Mixail Qusman deyib. Tədbir onun yaxınları və dostlarının iştirakı ilə keçib.