Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ziya Öztürklər: Ortaq tariximiz, mədəniyyətimiz və köklü ənənələrimiz ən möhkəm dayağımızdır

09.04.2026 [19:23]

Xəbərin mətni

Biz eyni millətin övladlarıyıq. Ortaq tariximiz, mədəniyyətimiz və köklü ənənələrimiz ən möhkəm dayağımızdır. Dostluq qruplarımız vasitəsilə parlamentlərimiz və ölkələrimiz arasındakı münasibətlərin daha institusional və səmərəli səviyyəyə yüksəldilməsi yalnız ikitərəfli əlaqələrimizi gücləndirməyəcək, eyni zamanda, Ana Vətən Türkiyə və Can Azərbaycanının öncülük etdiyi Türk dünyasındakı həmrəyliyə mühüm töhfə verəcək. AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündəki çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI