Areq Koçinyan: Bu gün “Sülh Körpüsü” təşəbbüsünün dördüncü görüşünün keçirilməsi mühüm nailiyyətdir
11.04.2026 [17:21]
Artıq bildiyiniz kimi, dünən səhər Ermənistan ekspert dairələri, vətəndaş cəmiyyəti və medianın 20 nümayəndəsindən ibarət qrup delimitasiya və demarkasiya olunmuş hissədən Azərbaycan sərhədini keçib. Həmkarımın dediyi kimi, artıq bu, özü-özlüyündə mühüm simvolik addımdır. Bu, sülhün nə qədər real olduğunu və Vaşinqtonda, ondan əvvəl isə liderlərimizin Əbu-Dabidəki görüşündə razılaşdırılmış sülh gündəliyinin həyata keçirilməsinə nə qədər yaxın olduğumuzu təsdiq edir. AZƏRTAC xəbər verir ki, bu barədə “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan Qəbələdə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunmuş, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransında bildirib.