Azərbaycan Dövlət İnformasiya Agentliyi

Areq Koçinyan: Üç Cənubi Qafqaz respublikası liderlərinin iştirakı ilə konsultativ sammitin keçirilməsi üçün zəmin hazırlamaq vacibdir

11.04.2026 [18:58]

Xəbərin mətni

Şübhəsiz ki, uzunmüddətli perspektivdə heç nə istisna edilməməlidir. Amma praktik olaraq, keçən il Ermənistan, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirildi. Biz, ekspertlər səviyyəsində, bu tədbirdən ruhlandıq, çünki uzun müddətdir ki, belə bir formatın zəruri olduğunu iddia edirik. AZƏRTAC xəbər verir ki, bu sözləri “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI