Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni yazıçısı: Mediada nə qədər az aqressiya olarsa, sülh prosesi bir o qədər davamlı olacaq

11.04.2026 [19:22]

Xəbərin mətni

Düşünürəm ki, medianın edə biləcəyi ən vacib şeylərdən biri qarşı tərəfi insanlıqdan kənarlaşdırmanı istisna edən yeni hekayələr yaratmaqdır. Mediada nə qədər az aqressiya olarsa, bu proses bir o qədər keyfiyyətli və davamlı olacaq, ictimaiyyətin sülhə aparan yola etimadı bir o qədər artacaq. AZƏRTAC xəbər verir ki, bu sözləri yazıçı və mədəni antropoloq Lusine Xaratyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.