QHT sədri: Uşaqlara ad qoyulması milli kimlik məsələsidir
13.04.2026 [13:06]
Xəbərin mətni
Uşaqlara ad qoyulması, sadəcə, zövq məsələsi və ya insanları bir-birindən fərqləndirmək üçün çağırış vasitəsi deyil. Bu, hər şeydən əvvəl milli kimlik məsələsidir. Milli yaddaş və mədəni davamlılıq həm də adlar vasitəsilə qorunur. Bu fikirləri “Maarifçi Media Mərkəzi” İctimai Birliyinin sədri Səadət Məmmədova söyləyib.