Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişlidə ev yanıb

13.04.2026 [14:03]

Xəbərin mətni

İmişli şəhər ərazisində fərdi yaşayış evində yanğın baş verib. Hadisə bu gün saat 12 radələrində İmişli şəhəri, Pənah Həsənov küçəsində qeydə alınıb. Rahilə Quliyevaya məxsus fərdi yaşayış evində başlayan alov qısa müddətdə güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, İmişli Rayon Dövlət Yanğın Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb.