Komitə sədri: Azərbaycanın AQEM sədrliyi qadınların səlahiyyətləndirilməsinə töhfə verir
14.04.2026 [12:22]
Xəbərin mətni
Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələr onun artan rolunu aydın şəkildə nümayiş etdirir. Ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki gender bərabərliyi, sosial inkişaf və qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurət kimi ön plana çıxır. Bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.