Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahar Muradova: Qadınlar Şurası qərarvermə prosesində qadınların daha fəal iştirakına imkan yaradacaq

14.04.2026 [17:42]

Xəbərin mətni

Azərbaycan AQEM-in məsuliyyətli üzvüdür. Biz bu təşkilata üzvlüyümüz çərçivəsində üzərimizə düşən vəzifələri ən yüksək səviyyədə icra edirik. “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzulu beynəlxalq konfransın Bakıda keçirilməsi və AQEM Qadınlar Şurasının ilk iclasının təşkili Azərbaycanın bütün beynəlxalq platformalarda yüksək hədəflər müəyyən etdiyini göstərir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.