Mil-Muğan düzündə nadir təbiət hadisəsi - İmişlidə qoşa göyqurşağı göründü
14.04.2026 [20:35]
Xəbərin mətni
Bu gün Mil-Muğan bölgəsində yağan yaz yağışı qeyri-adi təbiət mənzərəsi yaradıb. Səmada eyni anda iki göyqurşağının yaranması görənlərin marağına səbəb olub. Yaşıl düzənliklərin üzərində ucalan rəngarəng qövslər boz buludlu səma ilə təzad təşkil edərək sanki bir tablonu xatırladır.