Naxçıvanda rəhbər şəxslər kiberhücumlara qarşı maarifləndirilirlər
16.04.2026 [10:39]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib.