Bu kənddə arzular gerçəyə çevrilir...
17.04.2026 [14:54]
Xəbərin mətni
İşğaldan azad edilən və Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndində həyat yenidən canlanıb. Bura təkcə köçün başladığı ilk yaşayış məskəni deyil, həm də işğaldan azad edilmiş ərazilərdə illər sonra ilk toy sədasının ucaldığı məkan kimi də yaddaşlara həkk olunub. Ağalı həm də o məkandır ki, burada doğulan yeni nəsil artıq köçkünlük həsrəti ilə deyil, doğma yurduna qırılmaz tellərlə bağlı şəkildə böyüyür.