Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar Babayev: COP29-da əldə edilən razılaşma son illərin ən yaxşı nəticələrindən biri hesab oluna bilər

18.04.2026 [13:46]

Xəbərin mətni

Bakıda, COP29-da əldə edilən və illik 300 milyard dolları nəzərdə tutan razılaşma son illərin ən yaxşı nəticələrindən biri hesab oluna bilər. İndi isə daha çox ölkəni öz öhdəliklərini yerinə yetirməyə və bu prosesdə fəal iştirak etməyə təşviq etməliyik. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev V Antalya Diplomatiya Forumu çərçivəsində “COP31-ə doğru: Geosiyasi çağırışların yaşandığı bir dövrdə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı səsləndirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI