Səfir: Əsirlikdə həlak olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik
20.04.2026 [19:16]
Almaniyanın Aşağı Saksoniya federal əyalətindəki Bergen-Belzen əsir düşərgəsində tarixi anlar yaşadıq. Belə ki, İkinci Dünya müharibəsində xeyli sayda azərbaycanlı hərbi əsir məhz bu düşərgədə saxlanılıb, əzab çəkib və həlak olub. Biz bu gün onların xatirəsinə həsr olunan lövhənin açılışını etdik. Bu, Almaniya ərazisində səfirlik tərəfindən açılışı edilən üçüncü xatirə lövhəsidir. İlk xatirə lövhəsi iki il əvvəl Daxau əsir düşərgəsində açıldı. Ötən il isə Zaksenhauzen əsir düşərgəsində xatirə lövhəsinin açılışı oldu. Bu gün isə Bergen-Belzendə xatirə lövhəsinin açılış mərasimi keçirildi. Bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev AZƏRTAC-a müsahibəsində bildirib.