Autizmli oğlunun həyatını “yaşayan” ana: Şamxal sevincini də, kədərini də mənimlə bölüşür
27.04.2026 [17:22]
Xəbərin mətni
Bəzən sənət sadəcə özünüifadə forması olmur, həm də qapalı qala biləcək bir dünya ilə ünsiyyət vasitəsinə çevrilir. Autizm spektr pozuntusu olan 27 yaşlı gənc rəssam Şamxal Xələfli üçün fırça onun hisslərini, daxili dünyasını və gerçəkliyə baxışını ifadə edən bir dildir.