İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq gecəsi - mədəni birliyin nümayişi
28.04.2026 [18:22]
Xəbərin mətni
İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq gecəsi keçirilib. Acıbadem Universitetində baş tutan gecə Türkiyə ilə Azərbaycan arasındakı köklü dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək məqsədi daşıyıb. Tədbir çərçivəsində tətbiqi sənət ustası Rəssamlar İttifaqının üzvü Lətəfət Refik, zərgərlik sənətini təmsil edən Fatimə Abdal və miniatür sənətçisi rəssam Sürəyya Abdullalinin əl işlərindən ibarət sərgi açılıb.