Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş ərazilərdə 575 tarixi abidənin vəziyyəti qiymətləndirilib

01.05.2026 [14:58]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərdə 705 tarix-mədəniyyət abidəsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. İşğal dövründə bu ərazilərə fiziki giriş mümkün olmadığı üçün siyahılar əvvəlki arxiv materialları əsasında tərtib edilsə də, torpaqlarımız azad olunduqdan sonra bölgədə monitorinqlər aparılıb. Bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində keçirilən paneldə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI